Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin İrəvanda Ermənistan tərəfi ilə məsləhətləşmələrdə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli razılaşmalarına uyğun olaraq Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının zəruriliyini vurğulayıb. Bu barədə RF XİN-in məlumatında deyilir.
Qaluzin aprelin 25-də İrəvanda Ermənistan xarici işlər nazirinin müavinləri Vaqe Gevorkyan və Mnatsakan Safaryanla məsləhətləşmələr aparıb, xarici işlər naziri Ararat Mirzoyanla ayrıca söhbət baş tutub.*