2023-cü ilin yanvar-mart aylarında “Premium Bank” ASC-nin aktivləri 1,3% - 700,927 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 mart 2023-cü il tarixinə bankın kredit portfeli 468,752 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 7,3%) təşkil edib, o cümlədən biznes kredit portfeli 7,7% - 429,139 milyon manata qədər artıb.
Martın sonuna “Premium Bank”ın öhdəlikləri 523,64 milyon manata (artım 2,7%) bərabərdir.
Bankdakı depozitlər 479,67 milyon manat (artım 2,8%), o cümlədən əhalinin əmanətləri 339,482 milyon manat (azalma 0,3%) təşkil edib.
“Premium Bank”ın kapitalı 177,288 milyon manata (azalma 2,9%), nizamnamə kapitalı 154,601 milyon manata (dəyişməyib) bərabərdir.
2023-cü ilin I rübünün yekunları üzrə bankın xalis mənfəəti 3,506 milyon manat (2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə artım 2,5 dəfə) təşkil edib.
“Premium Bank” ASC 2008-ci il yanvar ayının 25-dən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.*
X.Nəsirzadə