2022-ci ildə Real vaxt rejimində banklararası hesablaşmalar sistemi (AZIPS) və Xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi (XÖHKS) vasitəsilə həyata keçirilən ödənişlərin ümumi həcmi 2021-ci illə müqayisədə 57% artaraq 342 milyard manat (ÜDM-in 2.6 misli) təşkil edib.
Mərkəzi Bankdan (AMB) “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, ödənişlərin sayı isə 38% artaraq 97.3 milyon ədəd olub.
Hesabat dövründə Hökumət ödəniş portalı (HÖP) üzərindən həyata keçirilən əməliyyatların ümumi həcmi 5 milyard manat təşkil edib və bu əməliyyatların 66%-i nağdsız formada aparılıb. Əməliyyatların ümumi həcmi 2021-ci illə müqayisədə 23%, o cümlədən nağdsız əməliyyatların həcmi 40% artıb.
AZIPS, XÖHKS və HÖP milli ödəniş sistemləridir.*
R.Əhmədov