2022-ci ildə Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon 519,2 min ton (artım 37,5%) yük və 21,4 min nəfər sərnişin (artım 20,9%) daşınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yükdaşımaların strukturunda 3 milyon 286,5 min ton neft və neft məhsullarının (artım 73,1%), 4 milyon 232,7 min ton digər yüklərin (artım 18,6%) payına düşüb.
2022-ci ildə dəniz nəqliyyatı ilə yükdaşımalardan 242 milyon 633,6 min manat (artım 38,2%) gəlir əldə edilib. Gəlirlərin əsas həcmi – 236 milyon 772,3 min manat beynəlxalq yükdaşımaların (artım 34,8%) payına düşüb.
Hesabat ilində dəniz nəqliyyatı ilə sərnişin daşımalarından 6 milyon 179,3 min manat məbləğində gəlir (artım 2,1 dəfə) əldə edilib.
Xəbər verildiyi kimi, 2021-ci ildə dəniz nəqliyyatı ilə yük daşımalarından 175 milyon 601,3 min manat (2020-ci illə müqayisədə artım 4,6%), sərnişin daşımalarından 2 milyon 995,9 min manat (artım 3,5 dəfə) gəlir əldə edilib.
2021-ci ildə dəniz nəqliyyatı ilə 5 milyon 468,4 min ton (azalma 8,6%) yük və 17,7 min nəfər sərnişin (azalma 13,2%) daşınıb. Qeyd olunan dövrdə yükdaşımaların strukturunda 1 milyon 898,7 min ton neft və neft məhsullarının (azalma 8,6%), 3 milyon 569,7 min ton (azalma 8,6%) digər yüklərin payına düşüb.*
N.Abbasova