Aprelin 20-də Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Macarıstan Banklar Assosiasiyası (MBA) arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi ABA-ya istinadən xəbər verir.
Sənədi ABA-nın prezidenti Zakir Nuriyev və Macarıstan Banklar Assosiasiyasının baş katibi Levente Kovács imzalayıb.
Memorandum çərçivəsində tərəflər arasında əməkdaşlığın təşviqi, birgə təhsil və təlim proqramları daxil olmaqla tədbirlərin təşkili, hər iki təşkilatın üzvü olan banklar arasında infomasiya mübadiləsi, müxbir münasibətlərin inkişafı və qarşılıqlı razılıq çərçivəsində bank-maliyyə sektoru ilə əlaqədar digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda, əməkdaşlıq məsələlərinə rəqəmsal ödənişlərdə fırıldaqçılıqla mübarizə, banklarda kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, müxtəlif xidmət haqqı tariflərinin optimallaşdırılması sahəsində təcrübə mübadiləsi, müvafiq dövlət proqramlarının icrası ilə bağlı məsələlərdə beynəlxalq təcrübənin öyrənilməsi daxildir.*
X.Nəsirzadə