Azərbaycanda koronavirus infeksiyasına 71 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 199-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 18 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər (ötən gün 4 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 10 min 233 nəfər təşkil edir.
Virusa yoluxmuş 820 min 762 nəfər (sutka ərzində +73) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 204 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1585 (ötən gün 913 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 585 min 820 test aparılıb.*
B.Rüstəmbəyov