Quru Qoşunlarının baş komandanının müavini Aleksandr Lentsov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı təyin edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Aprelin 25-də Quru Qoşunlarının baş komandanının müavini general-polkovnik Aleksandr Lentsov Qarabağdakı Rusiya sülhməramlılarının komandanı təyin edilib”, - deyə nazirliyin bülletenində bildirilir.
Lentsov 2022-ci ilin yanvar ayından sülhməramlı kontingentə komandanlıq etmiş general-mayor Andrey Volkovu əvəz edib.*