Fransanın xarici işlər naziri Ketrin Kolonna Bakıya gəlib.
O, bu gün axşam tviterdəki paylaşımında qeyd edib ki, Cənubi Qafqaza səfəri Bakıya gəlməklə başlayıb.
K.Kolonnanın Cənubi Qafqaz turnesi aprelin 26-dan 28-dək davam edəcək.
Azərbaycana səfər çərçivəsində Fransa XİN başçısının Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri planlaşdırılıb.
Kolonna Ermənistanda baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla, Gürcüstanda isə Prezident Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə danışıqlar aparacaq.*
R.Kərimov