Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 27-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Aprelin 27-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8786 manat/1EUR səviyyəsində (aprelin 26-na 1.8669 manat/1EUR) müəyyən edilib.
AMB aprelin 27-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0207 manat/1RUB səviyyəsində (26 aprel - 0.0209 manat1RUB) müəyyən edib.
Aprelin 27-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0875 manat/1TRY səviyyəsində saxlanılıb. **
B.Rüstəmbəyov