Azərbaycan və Rusiya Samur (Rusiya) – Yalama (Azərbaycan) dəmir yolu keçid məntəqəsinin gücünün artırılması imkanını müzakirə edirlər.
Bu məsələ “Rusiya Dəmir Yolları” (RDY) ASC-nin İdarə Heyətinin sədri Oleq Belozerov ilə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov arasında görüş zamanı müzakirə olunub.
“İnterfaks-Azərbaycan” Rusiya mətbuatına istinadən məlumat verir ki, görüş əsnasında Belozerov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (BND) qrəb marşrutu ilə yükdaşınaların mühüm dərəcədə artımını qeyd edib. Belə ki, 2023-cü ilin birinci rübünün yekunları üzrə ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çox yük daşınıb, konteyner daşımaları 5 dəfə artıb.
Görüşdə sərhəd qovşaqları üzrə artan həcmlərin keçidinin təmin edilməsinin məqsədəuyğunluğu məsələsi müzakirə olunub: xüsusilə, Samur (Rusiya) - Yalama (Azərbaycan) dəmir yolu keçid məntəqəsinin gücünü artırmaq lazımdır.
"Tərəflər həmçinin Rusiya və Azərbaycan tərəflərindən sinxronlaşdırılması lazım olan sərhəd dəmir yolu sahələrinin yenidən qurulması işlərini müzakirə etdilər. Bundan əlavə, ötürmə qabiliyyəti parametrlərinin razılaşdırılması məqsədilə VND-nın qərb marşrutunun bütün iştirakçıları qatarların çəkisi və uzunluğu baxımından öz yanaşmalarını əlaqələndirməlidirlər. Əməkdaşlığın perspektivli istiqaməti - beynəlxalq əlaqədə yük daşınması zamanı elektron məlumat mübadiləsinin tətbiqidir", - məlumatda vurğulanır.
2030-cu ilə qədər «Şimal-Cənub» dəhlizi ilə Rusiya yüklərinin həcminin təxminən iki dəfə artması gözlənilir: cari 17 milyondan 32 milyon tona qədər. **
R.Əhmədov