2023-cü ilin yanvar-mart aylarında “Bank Avrasiya” aktivlərini 2% - 219 milyon 849,79 min manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 mart 2023-cü il tarixinə bankın kredit portfeli 129,343 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 3,2% - İF) təşkil edib. İstehlak kreditləri 10,334 milyon manat (artım 16,4%), biznes kreditləri 67,773 milyon manat (artım 1,3%), daşınmaz əmlak kreditləri 51,237 milyon manat (artım 3,4%) məbləğində qiymətləndirilir.
Bankın öhdəlikləri 144 milyon 477,29 min manat (azalma 4%) təşkil edir.
Bankda depozitlər 74,072 milyon manata (azalma 7,1%), əhalinin əmanətləri 68,06 milyon manata (artım 1,5%) bərabərdir.
2023-cü il martın 31-nə “Bank Avrasiya”nın kapitalı 75 milyon 417,5 min manat (artım 2.2%), nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) məbləğində olub.
2023-ci ilin birinci rübü ərzində fəaliyyətinin yekunları üzrə bankın xalis zərəri 1 milyon 555,05 min manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox) təşkil edib.
“Bank Avrasiya” 2007-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.**
X.Nəsirzadə