Ermənistanla Azərbaycan arasında mümkün sülh sazişi onun həyata keçirilməsinə təsirli zəmanət sisteminə malik olmalıdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
"Ermənistanla Azərbaycan arasında sülh haqqında mümkün saziş onun həyata keçirilməsinə zəmanət və mübahisələrin həlli mexanizmlərinin aydın və təsirli sisteminə malik olmalıdır. Sərhədlərin delimitasiyası parametrləri və eskalasiyaların istisna edilməsi mexanizmləri dəqiq qeydə alınmalıdır", - Paşinyan cümə axşamı hökumətin iclasında bildirib. **