Azərbaycan və Ermənistan XİN başçıları Moskvada görüşəcəklər, artıq müvafiq razılıq əldə olunub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bəyan edib.
“Bu görüş barədə (Rusiya, Azərbaycan və Ermənistan – İF) razılıq əldə olunub. Görüşün konkret tarixi daha sonra açıqlanacaq”, - o qeyd edib.
RF XİN-in rəsmisi Azərbaycan-Ermnistan münasibətlərinin normallaşması barədə söz açarkən bəyan edib ki, ABŞ və Aİ nümayəndələrinin, xüsusilə Fransanın bu prosesdə «dürüst broker» rolunu oynamaq cəhdləri uğursuz oldu.
"Fransalız və amerikalı həmkarlarının hər kəsi yalnız Cənubi Qafqazda sülhə nail olmaq maraqlarını rəhbər tutmalarına inandırmaq cəhdləri onların müntəzəm anti-Rusiya çıxışları ilə iflasa uğrayır. Bu cür bəyanatları konstruktiv işlərə aid etmək olmaz. Vaşinqton və Parisin real istəklərinin konyunktur, siyasiləşdirilmiş xarakter daşıdığı və Rusiyanın mövqeyini pozmaq məqsədi daşıdığı hissini gücləndirir, region xalqlarının taleyi ilə bağlı harahatlıq onların planlarına daxil deyil", - Zaxarova bildirib.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 23-də Moskvada RF, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçririməli idi, İrəvanın imtinası səbəbindən görüş son anda baş tutmayıb. **
N.Abbasova