Azərbaycanın xarici işlər naziri sülh müqaviləsi üzrə Ermənistanla qarşıdakı növbəti raundun qiymətləndirilməsinə real yanaşmağa çağırıb, qeyd edir ki, proses mürəkkəb xarakter daşıyır.
“(...) Biz, əlbəttə ki, bütün vasitəçilərə öz təşəkkürümüzü bildiririk, xüsusilə son həftələr ərzində bu istiqamətdə ABŞ müsbət addımlar,rol və nəticə üçün çalışıb. Ermənistan prosesə döndüyünü bəyan edib. Əlbəttə ki, gözləntilərimiz real olmalıdır, bu mürəkkəb prosesidr, lakin növbəti danışıqların keçirilməsi önəmli növbəti mərhələ və addımdır”, - Bayramov cümə axşamı Bakıda Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakı danışıqlarda iştirak edəcək və “sülh prosesinin əldə olunması üçün əlindən gələni etməyə hazırdır”.
Daha öncə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bəyan edib ki, Azərbaycan və Ermənistan XİN başçıları Moskvada görüşəcəklər, artıq müvafiq razılıq əldə olunub. “Bu görüş barədə (Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının – İF) razılıq əldə olunub. Görüşün konkret tarixi daha sonra açıqlanacaq”, - o brifinqdə qeyd edib.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 23-də Moskvada RF, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçririməli idi, İrəvanın imtinası səbəbindən görüş son anda baş tutmayıb. **
X.Nəsirzadə