Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin fevral aylarında Azərbaycandan 917,8 milyon avro dəyərində 1 milyon 468,484 min ton neft, yanvar-fevralda – 1 milyard 996,027 milyon avro dəyərində 3 milyon 189,726 min ton neft idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Avrostatdan məlumat verilib.
2022-ci ilin fevral ayında Azərbaycan Avropa İttifaqı ölkələrinə 1 milyard 317,945 milyon avro dəyərində 2 milyon 56.031 min ton neft, yanvar-fevralda – 2 milyard 120,044 milyon avro dəyərində 3 milyon 485,928 min ton neft ixrac edib.
Beləliklə, 2023-cü ilinb fevral ayında Azərbaycandan neft tədarükü ildən ilə 28,6% və ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 8,5% azalıb.
Fevralda gəlir ildən ilə 30,4% və 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 8,5% azalıb.
2023-cü ilin fevral ayında Azərbaycandan neft idxal edən Aİ ölkələrinin top-5-nə İtaliya (388,992 milyon avro dəyərində (azalma 2 dəfə) 632,685 min ton (azalma 1,9 dəfə)), İspaniya (208,365 milyon avro dəyərində (artım 1,9 dəfə) 328,134 min ton (artım 1,9 dəfə)), Çexiya (117,932 milyon avro dəyərində (azalma 3,1%) 189,478 min ton (azalma 4,9%)), Almaniya (80,579 milyon avro dəyərində (azalma 22%) 130,155 min ton (azalma 23%)), Portuqaliya (60,728 milyon avro dəyərində (azalma 2,4 dəfə) 92,963 min ton (azalma 2,3 dəfə)) daxil olub.
Cari ilin yanvar-fevral aylarında İtaliya Azərbaycandan 1 milyon 522,083 min ton neft (944,413 milyon avro), İspaniya – 574,597 min ton neft (362,306 milyon avro), Çexiya – 393,025 min ton neft (246,901 milyon avro), Almaniya – 199,728 min ton neft (123,292 milyon avro), Portuqaliya – 218,992 min ton neft (137,764 milyon avro) idxal edib.
Xəbər verildiyi kimi, Avrostatın məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 15 milyard 164 milyon 952,199 min avro dəyərində (artım 67,3%) 19 milyon 844 min 774,024 ton neft (2021-ci illə müqayisədə azalma 0,65%) idxal edib.**
R.Kərimov