Ermənistan Xarici Işlər Nazirliyi nazir Ararat Mirzoyanın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiya ərazisində görüşünün keçiriləcəyini təsdiqləməyib.
"Görüş barədə razılıq var (XİN başçılarının), təkliflər var (yer ilə bağlı). Lakin konkret yer və tarix lazımi zamanda elan olunacaq", - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan "İnterfaks"a bildirib.
Cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova birfinqdə bəyan edib ki, Azərbaycan və Ermənistan XİN başçılarının Rusiya ərazisində görüşünə dair razılıq əldə olunub. “Görüşün konkret tarixi daha sonra açıqlanacaq”, - o qeyd edib.
Azərbaycan XİN başçısı Ceyhun Bayramov cümə axşamı Ermənistanın tezliklə danışıqlar masasına qayıdacağının anonsunu verib. **