Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanın mətni cümə axşamı dövlət başçısının saytında dərc olunub.
Sənəd Türkmənistan-Azərbaycan-Türkiyə yüksək səviyyəli sammit çərçivəsində 2022-ci il dekabrın 14-də Türkmənbaşı şəhərində imzala
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Gömrük Komitəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb. **
B.Rüstəmbəyov