Cümə axşamı Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında Azərbaycanda pilotsuz uçuş aparatlarının birgə istehsalına dair niyyət protokolu imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” “Baykar” şirkətinin Twitter hesabına istinadən məlumat verir.
Sənədi “Baykar”ın baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini Aqil Qurbanov imzalayıblar. **
X.Nəsirzadə