Cümə axşamı Ermənistanın baş naziri Nikol Pşainyan və Fransa XİN başçısı Ketrin Kolonna İrəvanda keçirilən görüşdə Cənubi Qafqazdakı vəziyyəti, o cümlədən Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi təsis etməsini müzakirə edib.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına əsasən, Paşinyan və Kolonna həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin həlli məsələlərini müzakirə ediblər, Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətinin effektivliyinin vacibliyini bəyan ediblər.
Öz növbəsində, Kolonna bəyan edib ki, “Franda Ermənistanın dostudur” . “Biz Ermənistanın yanındayıq, ədalətli və stabil sülh axtarışında sizin yanınızdayıq”, - Fransa XİN başçısı deyib. **