“Azərsu” ASC Neftçala və Salyan rayonlarının yaşayış məntəqələrinin su təchizatı sisteminin yenidən qurulması üzrə açıq tender elan edib.
Tenderdə iştirak haqqı 500 manatdır.
İşlər Neftçala rayonunun 11, Salyan rayonunun isə 6 yaşayış məntəqəsində həyata keçiriləcək.
Tender təklifləri 14 iyun 2023-cü il saat 16:00-dək qəbul olunur.
Təkliflər 16 iyun saat 16:00-da açılacaq.
Ünvan: Bakı şəhəri, Moskva prospekti 67.
Əlaqələndirici şəxs: Murad Abışev, telefon: (012) 431-47-67 (daxili 1087); murad.abishev@azersu.az.*
B.Rüstəmbəyov