Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə Aİ-nin Azərbaycanla sərhəddə yerləşdirilmiş müşahidə missiyasının fəaliyyətini müzakirə edib.
“Mən Aİ-nin Ermənistandakı müşahidə fəaliyyətini yüksək qiymətləndirirəm... Ermənistanın sərhədləri boyu iş çox yaxşı aparılır”, - deyə o, Kolonna ilə görüşdə bildirib.
Öz növbəsində, Fransa XİN başçısı Ermənistanla Aİ missiyası arasında əməkdaşlığı müsbət qiymətləndirib.
“Bu iş müsbət nəticələr verir. Bu müşahidə işi sayəsində biz Aİ-yə üzv olan ölkələr üçün çox faydalı məlumatlar əldə edirik. Bu, silahlı deyil, müşahidə missiyasıdır və onun məqsədi sadəcə vəziyyəti izləməkdir”, - deyə o qeyd edib.*