Ermənistan Azərbaycanla sərhəddə Aİ monitorinq missiyasının müşahidəçilərinin sayının artırılmasını və onun imkanlarının genişləndirilməsini təklif edir. Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün jurnalistlərə açıqlamasında bildirib.
“Ermənistan və Azərbaycan sərhədlərində monitorinq aparmaq üçün müşahidəçilərin sayı kifayət qədər deyil. Biz bütün tərəfdaşlarımıza müşahidəçilərin daha yaxşı monitorinq apara bilməsi üçün onların sayını artırmağı və missiyanın imkanlarını genişləndirməyi təklif edirik”, - deyə o qeyd edib.*