Yaxın vaxtlarda İrəvanla Bakı arasında sülh müqaviləsi ilə bağlı təkliflərin müzakirəsi üçün danışıqlar gözlənilir. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün jurnalistlərə açıqlamasında deyib.
“Yaxın zamanlarda danışıqlar gözlənilir, müzakirələr aparılır. Bu səbəbdən biz təkliflərimizi (sülh müqaviləsinin layihəsi ilə bağlı – İF) göndərməmişik”, - deyə o bildirib.
Martda Azərbaycan sülh müqaviləsi üzrə dördüncü təkliflər paketini İrəvana təqdim edib.*