Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iyunun əvvəlində Kişineuda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşə bilər. Bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib.
“Danışıqlar prosesini genişləndirmək və möhkəmləndirmək lazımdır. Biz hələ ki, yeni ikitərəfli, üçtərəfli və ya daha çoxtərəfli görüş barədə danışa bilmərik, lakin Praqada əldə olunanlara əsaslanmaq və qarşıdakı görüşlərdə müəyyən razılıq nöqtələrini tapmaq vacibdir. Oktyabrın 6-da Praqada olduğu kimi, Kişineu görüşündə də ən yüksək səviyyədə dialoqa nail ola bilərik", - deyə o, bu gün İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
İyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammitinin keçirilməsi gözlənilir.*