2023-cü ilin yanvar-mart aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 551,9 milyon manat ($324,6 milyon) məbləğində əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, bank əməliyyatlarının həcmi 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 0,4% artıb.
Yanvar ayında aparılan əməliyyatların həcmi 171,5 milyon manat, fevralda 162,3 milyon manat, martda 218,1 milyon manat təşkil edib.
2022-ci ildə Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 2 milyard 155,3 milyon manat ($1 milyard 268 milyon) məbləğində əməliyyat aparıblar ki, bu da 2021-ci illə müqayisədə 66,1% çoxdur.*
B.Rüstəmbəyov