“Ferrari”nin pilotu Şarl Lekler bu gün Formula 1 Azərbaycan Qran-prisinin sıralama turunda lider olub.
İlk üçlüyə “Red Bull”dan Maks Ferstappen və onun komanda yoldaşı Serxio Peres də daxil olub.
Aprelin 28-dən 30-dək davam edəcək Formula 1 Azərbaycan Qran-prisinin qalibi bazar günü bəlli olacaq.
Bakıda 2016-cı ildən təşkil olunan “kral yarışları” 2017-ci ildən Azərbaycan Qran-prisi adı altında keçirilir.*
R.Kərimov