Azərbaycanda koronavirus infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831,316 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 68 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10238 nəfər təşkil edir.
Virusa yoluxmuş 820,834 min nəfər (sutka ərzində +23) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 244 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1081 (ötən gün 1437 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 588,338 min test aparılıb.*
N.Abbasova