Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ilin noyabrında “Axiom Space” şirkətinin üçüncü kommersiya astronavtları missiyası çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya uçacaq ilk türk astronavtın adını açıqlayıb.
“Beynəlxalq Kosmik Stansiyaya Hərbi-Hava Qüvvələrində xidməti zamanı xeyli uğura nail olan qəhrəman türk pilotu Alper Gezeravcı yollanacaq. “Roketsan” şirkətində sistem mühəndisi olan Cihangir Atasever isə ehtiyat kosmonavt seçilib”, - deyə o, bu gün "TEKNOFEST" festivalında çıxışı zamanı bildirib.*