Alman mütəxəssislər Kiyevin planlaşdırdığı əks-hücum əməliyyatı ərəfəsində Ukrayna hərbçilərini yaşayış məntəqələrində döyüş şəraitinə hazırlayırlar. Bu barədə “Bild” qəzeti mənbələrə istinadən xəbər verir.
Təlimlər Almaniya ərazisində keçirilir. Alman mütəxəssislər Ukrayna hərbçilərinə “Leopard 2” tanklarını və “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğularını idarə etməyi də öyrədirlər.
Qəzetin yazdığına görə, Almaniya bazalarında 1000-dən çox ukraynalı hərbçi təlim keçir.*