“Red Bull” pilotu Serxio Peres bu gün Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində ilk sprint yarışının qalibi olub.
“Ferrari”dən Şarl Lekler ikinci, “Red Bull”un pilotu Maks Ferstappen üçüncü yeri tutub.
Formula 1 Azərbaycan Qran-prisi aprelin 28-dən 30-dək davam edəcək. Bakıda 2016-cı ildən təşkil olunan “kral yarışları” 2017-ci ildən Azərbaycan Qran-prisi adı altında keçirilir.*
R.Kərimov