Özbəkistanda yeni redaksiyada Konstitusiya qanunu layihəsi ilə bağlı referendumun keçirildiyi gün səsvermə məntəqələrində təhlükəsizliyə riayət olunması və ictimai asayişin pozulmasının qarşısının alınması üçün zəruri tədbirlər görülüb. “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri Daşkənddən xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Bekmurod Abdullayev deyib.
“Şəxsi heyət gücləndirilmiş rejimdə xidməti davam etdirir. Seçki məntəqələrinin yerləşdiyi bütün binalarda təhlükəsizlik tədbirləri görülüb”, - deyə Abdullayev bazar günü brifinqdə bildirib.
Onun sözlərinə görə, indiyədək səsvermə zamanı heç bir pozuntu aşkar edilməyib.
“Əgər hər hansı bir pozuntu olsa belə, icra orqanları, prokurorluq, daxili işlər orqanları bunu araşdıraraq qanuni qərar qəbul edəcəklər. Bütövlükdə, ölkədə vəziyyət sabitdir”, - deyə nazir müavini vurğulayıb.*
A.Əzizov