“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də yazıb.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokolu imzaladıq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, sənədin icrası qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərimizin gerçəkləşməsinə növbəti töhfə olacaq.
Xəbər verildiyi kimi, Bakı və Ankara 2020-ci il fevralın 25-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin şamil olunduğu malların siyahısını genişləndirməyi planlaşdırır.*
Xəbərlər şöbəsi