Azərbaycanda koronavirus infeksiyasına 26 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 380-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 38 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 241 nəfər təşkil edir.
Virusa yoluxmuş 820 min 867 nəfər (sutka ərzində +6) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 272 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 753 (ötən gün 1166 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 590 min 257 test aparılıb.*
V.Əliyev