Özbəkistanda konstitusiya üzrə referendumda saat 17:00-a qədər (Bakı vaxtı ilə saat 16:00) seçicilərin 81,39%-i iştirak edib. “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri Daşkənddən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Bəhrom Kuçkarov bildirib.
“Səsvermə siyahılarına daxil edilmiş seçicilərin 15 milyon 802 min 95 nəfəri səs verib”, - deyə o, bu gün brifinqdə qeyd edib.
Xəbər verildiyi kimi, respublika vətəndaşları yeganə suala cavab verməli olacaqlar: ““Özbəkistan Respublikasının Konstitusiyası haqqında” qanunu qəbul edirsinizmi?”.*
A.Əzizov