2023-cü ilin yanvar-mart aylarında SOCAR-ın qazma idarələri tərəfindən 19,732 min metr həcmində qazma işləri həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“2022-ci ilin birinci rübünün göstəricisi ilə müqayisədə SOCAR qazm aişlərinin həcmində artıma nail olub. Şirkət tərəfindən 19,732 min metr qazma işi həyata keçirib. Bu, ötən ilin analoji dövrünün göstərici ilə müqayisədə 7,6% çoxdur”, - şirkətin mətbuat xidmətindən bildirilir.
Xəbər verildiyi kimi, 2022-ci ildə SOCAR tərəfindən 73,084 min metr həcmində qazma işləri (artım 18,6%) həyata keçirilib.**
N.Abbasova