Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" MMC Bakı şəhəri, Binəqədi rayonunda 9 ha torpaq sahəsində daha 15 çoxmənzilli yaşayış binası və 80 yerlik uşaq bağçasının tikintisi ilə əlaqədar şirkətlər seçir.
Podtaçıların seçimi açıq tender üsulu ilə keçirilir və 3 lotdan ibarətdir: (Lot-1) 14,15, 16 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi; (Lot-2) 17,18,19,20,21,22 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi; (Lot-3) 23, 24, 25, 26, 27, 28 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi.
İştirak haqqı lotlar üzrə: Lot 1 – 1 min 100 manat, Lot 2 – 1 min 800 manat, Lot 3 – 1 min 800 manat.
Telefon: (+99412) 594-54-01, daxili2 39. Əlaqələndirici şəxs: Əliyev Vüqar, email:vugar.aliyev@mida.gov.az.
Podratçı son 3 il (2020-2022) ərzində Azərbaycan Respublikasında bütün sosial infrastrukturla təmin edilmiş yaşayış komplekslərində "Tikinti obyektinin istismarına icazə" sənədi əsasında çoxmənzilli binalarda ümumi sahəsi azı 15 min m2 mənzil təhvil vermis olmaldır; tikinti quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 milyon manat olmalıdır.
Şirkətlərdən tender təklifləri20 iyun 2023-cü il saat 17:00-dək qəbul olunur. Tender təklifi zərfləri 21 iyun 2023-cü il saat 15:00-da açılacaq.
Daha öncə MİDA Binəqədi qəsəbəsində 9 ha ərazidə ümumilikdə 10 yaşayış binasının tikintisi ilə bağlı tenderlər elan edib. **
R.Kərimov