Cəbrayıl rayonu ərazisində Azərbaycan vətəndaşı minaya düşüb.
“Bazar ertəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini, 1964-cü il təvəllüdlü Oktay Alışov tank əleyhinə mina partlayışı nəticəsində həlak olub", - Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
Məlumata əsasən, Alışov at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid edib və burada mina partlaması baş verib. **
N.Abbasova