Azərbaycanda koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 386-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 26 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 10 min 242 nəfər təşkil edir.
Virusa yoluxmuş 820 min 873 nəfər (sutka ərzində +6) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 271 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 679 (ötən gün 753 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 590 min 936 test aparılıb.**
N.Abbasova