Azərbaycan, Ermənistan XİN başçıları və ABŞ Dövlət katibi Vaşinqtonda keçirilən görüş zamanı İrəvanla Bakı arasında münasibətlərin nizamlanması prosesini müzakirə ediblər.
“Mayın 1-də ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər naziri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş baş tutub. Regionda təhlükəsizliklə bağlı vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinə dair məsələlər müzakirə olunub”, - Ermnistan XİN-in mətbuat xidməti məlumat verir. **