Vaşinqton Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqları qəbul edən tərəf kimi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək etməyə ümid edir. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel deyib.
“ABŞ danışıqlara kömək etmək məqsədilə Azərbaycan və Ermənistan XİN başçılarını qəbul etməkdən məmnundur”, - deyə Dövlət Departamentinin nümayəndəsi brifinqdə bildirib.
O əlavə edib ki, ABŞ ölkələr arasında birbaşa dialoqu problemlərin həllində və davamlı sülhə nail olunmasında əsas amil hesab edir.
Bundan başqa, Patel qeyd edib ki, Vaşinqton Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanır.
“Biz inanırıq ki, bu iki ölkə arasında sülh mümkündür”, - deyə o bildirib.*