Prezident İlham Əliyev “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanun imzalayıb.
Bundan əlavə, dövlət başçısı “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanun imzalayıb.
Hər iki saziş 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.
Qanunların mətnləri bu gün dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov