Ermənistan parlamentinin spikeri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə gedəcək. Bu barədə Ermənistan parlamentinin mətbuat xidmətindən bildirilib.
“Ermənistan parlamentinin spikeri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 30 illiyinə həsr olunmuş Zirvə toplantısında, həmçinin Baş Assambleyanın plenar iclasında iştirak etmək üçün mayın 3-də Ankaraya yola düşəcək”, - deyə məlumatda qeyd olunub.
Tədbir 3-4 may tarixlərində keçiriləcək.*