Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Brüsseldə NATO baş katibinin köməkçisi general David Katlerlə görüşüb.
“Tərəflər Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - deyə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin “Twitter” hesabında bildirilib.*
R.Kərimov