12 ayın yekunları (2022-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək) üzrə Azərbaycanla İran arasında ticarət dövriyyəsi $688 milyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 13% çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyi İranın “Tasnim” agentliyinə istinadən xəbər verir ki, İranın Gömrük İdarəsinin (IRICA) məlumatına əsasən, hesabat dövründə Bakı və Tehran arasında qarşılıqlı ticarətin həcmi 784 min tonu ötüb.*
R.Kərimov