2023-cü il aprelin 28-nə Azərbaycanda pul bazasının həcmi 17 milyard 609,9 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2022-ci ilin sonuna pul bazasının həcmi 17 milyard 460,3 milyon manat təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, 2023-cü ilin yanvar-aprel aylarında pul bazası 0,9% artıb.
Apreldə Azərbaycanda pul bazası 79 milyon manat və ya 0,4% azalıb.
2022-ci ildə Azərbaycanda pul bazası 2,7% azalıb.*
X.Nəsirzadə