Azərbaycanda koronavirus infeksiyasına 28 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 414-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 6 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 245 nəfər təşkil edir.
Virusa yoluxmuş 820 min 873 nəfər (sutka ərzində +19) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 277 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1237 (ötən gün 679 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 591 min 173 test aparılıb.*
B.Rüstəmbəyov