Mərkəzi Bankın (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 25 bazis bəndi artırılaraq 9%-ə qaldırılıb.
AMB-nin məlumatında bildirilir ki, faiz dəhlizinin aşağı həddi 7%-dən 7,5%-ə, yuxarı həddi isə 9,75%-dən 10%-ə qaldırılıb.
Bu qərar 4 may 2023-cü il tarixindən qüvvəyə minir.
AMB uçot dərəcəsini hər dəfə 25 bazis bəndi olmaqla ardıcıl beşçinci dəfədir artırır. Uçot dərəcəsi sonuncu dəfə 2023-cü il martin 30-da 25 bazis bəndi - 8,75%-dək artırılmışdı.
Pul siyasәti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il iyun ayının 21-də açıqlanacaq.**
A.Əzizov