Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ABŞ-da apardığı danışıqların yekunlarına dair hər hansı bir sənədin imzalanması ehtimalı azdır. Ermənistan parlamentinin xarici münasibətlər üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan belə hesab edir.
"Düşünmürəm ki, xarici işlər nazirlərinin danışıqlarının yekunlarına əsasən hansısa sənədin imzalanmasından danışmaq olar. Lakin danışıqların başa çatmasını gözləmək lazımdır, onlar hələ də davam edir", - deyə o, çərşənbə günü parlamentdə jurnalistlərə bildirib.
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskovun Rusiya, Azərbaycan və Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmalarının Bakı və İrəvan münasibətlərinin nizamlanması üçün alternativsiz olduğu barədə açıqlamasını şərh edən Xandanyan bildirib: "9 noyabr tarixli sənəd çox vacibdir və bu sənədin bütün müddəalarının əməl qoyulması də vacibdir. Lakin sual budur ki, nə üçün Rusiya bu bəyanatın müddəalarının, xüsusilə Laçın dəhlizinin maneəsiz fəaliyyətinə dair müddəanı müdafiə etmər və yerinə yetirilməsinə zəmanət vermir".
Mayın 1-dən etibarən ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar davam edir. Tərəflər «Münasibətlərin nizamlanması haqqında saziş» adlı sənəd ətrafında müzakirələr aparırlar. **