Azərbaycanın strateji valyuta ehtiyatları rekord $65,7 milyard həcmində qiymətləndirilir. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bəyan edib.
“2023-cü ilin 4 ayı ərzində strateji valyuta ehtiyatlarının məbləği 12,3% və ya $7,2 milyard artaraq $65,7 milyarda çatıb”, - Kazımov çərşənbə günü mətbuat konfranslnda bildirib.
Onun sözlərinə görə, 2023-c üilin yanvar-aprel ayları ərzində AMB-nin valyuta ehtiyatları 2,2% və ya $193,5 milyon artaraq $9,2 milyard təşkil edib.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.**
X.Nəsirzadə