4 may tarixində Albaniyanın Tirana şəhərində Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçiriləcək.
“Azərbaycanı tədbirdə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək”, - Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata əsasən, iclas zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticari-iqtisadi, energetika, kənd təsərrüfatı, nəqliyyat, rabitə, mədəniyyət, turizm və digər sahələr üzrə müzakirələrin aparılması planlaşdırılır. **
N.Abbasova